“Ayaks”ın sabiq futbolçusu Endi van der Meyde Hollandiya mətbuatına maraqlı açıqlamalar verib.
İdmanxeber.az-ın məlumatına görə, veteran futbolçu sabiq komanda yoldaşı İbrahimoviçlə bağlı bir xatərisini danışıb:
“Bir dəfə avtobusda Zlatanın yanında əyləşmişdim. Yadımdadır, o, yuxuya getmişdi, mən isə oyaq idim. Qəflətən İbrahimoviçin dodağından öpdüm. Bir neçə saniyə sonra durub, mənə iki zərbə vurdu”