26 Noyabr 2024
İdman

İcraiyyə Komitəsinin iclasında qəbul olunan bütün qərarlar

Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

Idmanxeber.com-un məlumatına görə, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

 
1. Qurban Qurbanov Azərbaycan milli komandasının baş məşqçisi təyin olunsun. O, milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqavilə müddətinin başa çatmasından dərhal sonra başlasın. Qurbanov, eyni zamanda, “Qarabağ” klubunun baş məşqçisi vəzifəsində fəaliyyətini davam etdirəcək.
 
2. AFFA-nın nəzdində Reabilitasiya Mərkəzinin fəaliyyətə başlaması təsdiq olunsun.
 
İclasda baş katib Elxan Məmmədov Avro-2020-nin final mərhələsinə vəsiqə uğrunda milli komandaların keçməli olduğu yol barədə, Azərbaycan milli komandalarının baş həkimi Vyaçeslav Xomenko isə AFFA-nın nəzdində Reabilitasiya Mərkəzi barədə təqdimatları gerçəkləşdiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43