Kateqoriyasız

İddia artdı, “Xəzər Lənkəran”ın sabiq futbolçusu baş məşqçi gətirildi – SON DƏQİQƏ!

Azərbaycan II liqa klublarından “Şahdağ Qusar” 2024/2025 mövsümünə yeni baş məşqçi ilə başlayacaq.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Qusar klubu baş məşqçisi Bəhram Şahquliyevlə yolları ayırdıqdan sonra bir müddət bu posta yeni təyinatı gerçəkləşdirməmişdi.

Lakin təcrübəli mütəxəssisi bu postda kimin əvəzləyəcəyi məlumdu. Bölgə təmsilçisi bir zamanlar “Neftçi” və “Xəzər Lənkəran”da forma geyinmiş, hazırda “Səbail”in aşağı yaş qruplarında baş məşqçi kimi işləyən Elnur Abdullayevi komandanın başına gətirib.

Onunla 1 illik müqavilə imzalanacaq.

Xatırladaq ki, Elnur Abdullayev futbolçu karyerası dönəmində “Turan”, “Neftçi”, “Bakı”, “Olimpik”, “Muğan”, “Xəzər Lənkəran”, “Simurq”, “İnter” və “Sumqayıt”da forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43