“İdmana gəlməyimdə ən böyük səbəbkar mənim anam olub”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri 15 il əvvəl – 2008-ci il avqustun 11-də Pekin Yay Olimpiya Oyunlarının qalibi olan Elnur Məmmədli Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına müsahibəsində deyib.
35 yaşlı sabiq cüdoçu Olimpiya çempionu olmağının onun həyatını dəyişdiyini bildirib: “O zaman mən reytinqdə birinci idim. Olimpiya çempionu olmağım mənim həyatımı dəyişdi. İstər Dünya çempionu olsun, istərsə Avropa çempionu olsun qələbə ili ilə bağlı suallar təbii olaraq yaranır. Lakin Olimpiya çempionu olmaq şərəfi ömürlük mükafat olaraq qalır, bu zamandan daha üstündür. Azərbaycanda Olimpiya çempionunun sayı çox olmasının şahidi olmaq və möhtəşəm nailiyyətlərimiz ilə Möhtərəm Prezidentimiz Cənab Prezident İlham Əliyevi qürurlandırmağı çox arzulayıram”.