İdman

İdmançılarımız Soçi Olimpiadasında mübarizəyə nə vaxt qoşulacaqlar?

Rusiyanın Soçi şəhərində keçirilən XXII Qış Olimpiya oyunlarında iştirak edən Azərbaycan təmsilçiləri yarışlara fevralın 16-dan qoşulacaqlar.

Bu barədə ANS PRESS-ə Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr şöbəsindən verilən məlumata görə, ilk olaraq yarışa fiqurlu konkisürənlərimiz başlayacaqlar. Aleksey Sitnikov, Yuliya Zlobina fevralın 16-17-də çıxış edəcəklər.

Dağ xizəyi üzrə təmsilçilərimiz Patrik Braxner və Qaya Bassani Antivari isə fevralın 19-21-də çıxış edəcək.

Azərbaycan Soçi Qış Olimpiya Oyunlarında 4 idmançı ilə təmsil olunur. Azərbaycan Soçi Olimpiadasında ən yüksək mükafat vəd edən ölkələr sırasında birinci yerdədi. Qızıl medala görə idmançılar 510, gümüş medala 255, bürüncə görə isə 130 min dollar pul vəsaiti ilə mükafatlandırlacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43