Ölkə futbolu

İdmanxeber.az derbinin tarixini açıqlayır:  “Neftçi” – “Qarabağ” oyunu…

Premyer Liqanın III turunun oyun təqvimi bəlli olub.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, sentyabrın 11-12-də keçirilməsi nəzərdə tutulan turda bizi maraqlı oyunlar gözləyir. Belə ki, artıq növbəti turda son çempion “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Bu derbinin başlaama saatı və keçiriləcəyi tarix isə avqustun 30-da bilinəcək.

Ümumilikdə isə III turun oyunları aşağıdakı kimidi:

“Neftçi” – “Qarabağ”

“Keşlə” – “Zirə”

“Sabah” – “Qəbələ”

“Səbail” – “Sumqayıt”

Qeyd edək ki, Peşəkar Futbol Liqası çempionatın tam təqvimini açıqlamayıb. Liqanın tam təqvimi avqustun sonlarında açıqlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43