Ölkə futbolu

İdmanxeber.az yazdı, “Neftçi” bu gün təsdiqlədi

“Neftçi” hücumçu transferini rəsmiləşdirib.

İdmanxeber.az-ın bir neçə gün öncədən özəl olaraq verdiyi məlumatı klub bu gün təsdiq edib.

Paytaxt klubu braziliyalı Ramon Maçado ilə 1 il müddətinə müqavilə bağlayıb. 30 yaşlı futbolçu komandanın heyətində 91 nömrəli formanı geyinəcək. Məlumatı klubun saytı yayıb.

Sonuncu klubu “Brazil de Pelotas” (2016, 2021) olan Ramon Maçado Almaniyanın “Regensburq” (2012-2013), Braziliyanın “Espartivo” (2014), “Layeadense” (2014, 2015), “Santa Kruz” (2014), “Boa Esporte” (2015), “Ponte Preta” (2017), “Yuventude” (2017), “Vila Nova” (2018), “İtuano” (2019), “Parana” (2019), “Santo Andre” (2020, 2021) və “Botafoqo”da (2020) da çıxış edib.

“Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Soareş, Xəyal Nəcəfov və müdafiəçilər Romen Bask, Huqo Bastonu transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43