Bu gün idmanxeber.com saytı üçün əlamətdar gündü.
Ötən ilin məhz bu günü idmanxeber.com fəaliyyətə başladı. Saytımız bu bir il ərzində operativ və obyektiv xəbərləri ilə böyük oxucu auditoriyası toplayıb.
Saytda önəmli turnirlərdən və maraqlı tədbirlərdən yazılar, video görüntülər, fotosessiyalar yerləşdirilir. Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr, eləcə də özəl xəbərlər, araşdırmalar, yazılar, köşələr da saytımızda yer alır.
Həftə içi hər gün saat 10:00-dan axşam 18:00-a kimi, eləcə də gecə 00:00-dan 03:00-a kimi sayt oxucuları yeni xəbərlərlə tanış edir.
Xüsusən də bu bir ildə xəbərləri oxucunu yormamaq üçün qısa formada təqdim etdik və bu ənənəmizə qarşıdakı illərdə də sadiq qalacağıq.
Saytımızın tanınmasında və inkişafında əməyi olan bütün dostlara təşəkkürümüzü bildiririk!