11 Yanvar 2025
Kateqoriyasız

İdmanxeber.com işıqlandırdı, “Qarabağ” rəhbərliyi hərəkətə keçdi

“Qarabağ” Çempionlar Liqasının “Zalsburq”la iyulun 30-da keçiriləcək oyunu üçün biletlərin “qara bazar”da satılmasının qarşısının alınması üçün Nərimanov Rayon Polis İdarəsinə rəsmi qaydada müraciət edib.

İdmanxeber.com "Qol.az"a istinadəmn xəbər verir ki, bu barədə klubun meneceri Asif Əsgərov məlumat verib. Onun sözlərinə görə, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından biletlərin ayrı-ayrı şəxslər tərəfindən kütləvi şəkildə alınmasının qarşısının alınması üçün klub tərəfindən zəruri tədbirlər görülür:

“Kassalarda bilet satışına klubumuzun əməkdaşları tərəfindən nəzərət olunur. Bundan başqa, artıq bu gündən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları stadionun ətrafında biletin “qara bazar”da satılmasının qarşısını almaq üçün iş aparılır".

Son günlər sosial şəbəkələrdə 1 manata olan biletlərin ayrı-ayrı şəxslər tərəfindən kütləvi şəkildə alınması və qara bazarda 3-5 manata satıması haqda xəbərlər yayılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43