İspaniya kubokunda “Barselona” ilə matçın 48-ci dəqiqəsində butsusunu yan xətt hakiminə tərəf atan Arda Turana cəza verilməyib.
İdmanxeber.com-un məlumatına görə, İspaniya Futbol Federasiyasının İntizam Komitəsinin “Atletiko”nun futbolçusunu cəzalandırmama səbəbi isə, oyunun baş hakimi Xesus Qil Manzanonun matçın protokoluna Ardanın butsunu yan xatt hakiminə yox, meydanın kənarına atdığını qeyd etməsi olub.
Qeyd edək ki, həmin matç “Barselona”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.