18 Oktyabr 2024
İdman

II Liqada “Ayın qolu” layihəsinin ilk qalibi bəlli oldu

Azərbaycanın futbol üzrə II Liqasında “Ayın qolu” layihəsinin ilk qalibi “Dinamo” futbol klubunun üzvü Valeh Seyidov mükafatlandırılıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı VII turun “Dinamo” – “Saatlı-Araz” görüşündən əvvəl qurumun Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43