21 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XVIII turunun “Qəbələ” – “İnter” matçında “Qəbələ” klubunun 1 №-li futbolçusu Kamran Ağayev rəqibə bilərəkdən zərbə endirmişdir, bu hakimin gözündən yayınmışdır. Oyunun videoyazısın izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
1. Oyunun 79-cu dəqiqəsində “Qəbələ” klubunun 1 №-li futbolçusu Kamran Ağayev rəqibə bilərəkdən zərbə endirdiyinə görə 3 oyun cəzalanır, klub 3000 manat cərimə olunur (maddə 38.2).
2.Matçın hakimləri haqqında Hakimlər komitəsi lazımi tədbirlər görüb İntizam Komitəsinə bildirsin.