Ölkə futbolu

İK qərarlarını açıqladı: Kimə nə cəza verildi?

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub:

Topaz Premyer Liqasının XX turunun “Qəbələ” – AZAL matçının 78-ci dəqiqəsində AZAL klubunun 17 №-li futbolçusu Viktor İqbekoyinin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının XX turunun “Neftçi” – “Simurq” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).

Əvəzedici heyətlərin XX turunun “Neftçi”  – “Simurq” matçında “Neftçi” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43