Dünyadan

İker Kasilyas “Barselona”nın üzvünü hədələdi: “Onu yumruqla vuracam”

“El Klassiko”da “Barselona”nın üzvü Serxio Busgetsin “Real”ın müdafiəçisi Pepenin başını tapdalaması “kral” klubunun oyunçusu İker Kasilyası yaman əsəbiləşdirib.

İdmanxeber.com-un məlumatına görə, Kasilyas Busgetsi bu hərəkətinə görə,  yumruqlayacağını bildirib:

“Şəkillərdə Busgetsin Pepenin başını tapdalağı görsənir. O, Pepeyə çox pis davrandı. Busgetsi gördüyüm vaxt onu yumruqla vuracam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43