İdman

İki boksçumuz finalda!

IV İslam Həmrəyliyi Oyunlarında finala yüksələn boksçularımızın sayı ikiyə çatıb. Kamran Şahsuvarlının (75 kq) ardınca Teymur Məmmədov (91 kq) da həlledici döyüşə vəsiqə qazanıb.

İdmanxeber.com-un məlumatına görə, boksçumuz yarımfinalda suriyalı Eldin Qoussunu məğlub edib. İlk raundda rəqibini nokdauna da salan Olimpiya mükafatçımız yekunda 4:1 hesablı qələbə qazanıb.

T.Məmmədov mayın 18-də təşkil olunacaq finalda türkiyəli Burak Akşinlə qarşılaşacaq. Digər boksçumuz K.Şahsuvarlı isə qızıl medal uğrunda görüşdə qazaxıstanlı Tursunbay Kulahmetlə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43