Ölkə futbolu

İki bölgə klubu təklif olundu, hər ikisinə “yox” dedilər

Bir neçə klubun Futbolun İnkişafı Fondunun (FİF) vasitəçiliyi ilə sponsor tapmasından agahsınız.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, FİF əslində bu yaxınlarda daha iki bölgə klubu üçün cəhdlərini edib. Belə ki, FİF rəhbəri Tural Piriyev başa çatan mövsümdə II Liqada mübarizə aparan, qaydalara əsasən yeni mövsümdə Region Liqasında çıxış etməli olan “Şəfa” klubunu himayəyə götürən “MY Group” MMC-ni bölgə klublarına yönəltmək istəyib. Konkret olaraq şirkətin “Kəpəz” və “Şamaxı” kublarına sponsorluq etməsi tövsiyyə olunub. Gəncə variantı dərhal qəbul edilməyib. “Şamaxı” məsələsi üzərində isə bir qədər fikirləşən şirkət rəhbərliyinin son cavabı “yox” olub.

Holdinqin planlarının sırf “Şəfa”ya bağlı olması bu məsələnin tez bir zamanda qapanmasına səbəb olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43