Ölkə futbolu

“İki cəbhədə də mübarizə aparmaq maraqlıdır” – “Zirə”nin futbolçusu

“Qəbələ” Premyer Liqada sonuncu olsa da, kubok oyunları başqa olur. Rəqibə qarşı çox ciddi hazırlaşmışıq. İlk oyunun evdə olması bizim üçün üstünlükdür. Mərhələni keçib, finala vəsiqə qazanmaq istəyirik”.

Bu sözləri İdmanxeber.az saytına “Zirə”nin futbolçusu Hacıağa Hacılı Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacaqları “Qəbələ” matçı barədə danışarkən deyib. O, “qartallar”ın Premyer Liqadakı çıxışından da söz açıb:

“Artıq çempionatın başa çatmasına az qalıb. Bu oyunlarda da yaxşı çıxış etməli və maksimum xallar qazanmalıyıq. Hədəflərmiz var, onlara çatmalıyıq. İki cəbhədə də mübarizə aparmaq maraqlıdır. Hər il belə şans olmur. Çalışıb öhdəsindən gəlməliyik.

Bəzən oyunumuzun sıxıcı olduğu deyilir, mən belə düşünmürəm. Sadəcə, epizodlardan istifadə edə bilmirik. O ki qaldı rəqiblərin bizim qapımızda az şans qazanmasına, bu onlardan asılı bir durumdur. Burada bizlik bir şey yoxdur”.

26 yaşlı futbolçu millidə də çıxış etmək istədiyini sözlərinə əlavə edib:

“Bu mövsüm zədələrim çox oldu. Tam formada ola bilmədim, əsas heyətdə az şans qazanırdım. Bu səbəbdən də millidən dəvət gözləmirdim. Ancaq davamlı oynasam, çağırılacağıma ümid edirəm”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43