Kateqoriyasız

“İki cəbhədə oynamaq çətindir” – Ayxan Abbasov

Misli Premyer Liqasında XIV turun “Kəpəz” – “Turan Tovuz” oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Gəncədə oynamaq xoşdur. Gözəl atmosfer var idi. Hər iki komandanın azarkeşləri yaxşı ab-hava yaratmışdı. Ağır qrafikdə idik. Oyunların yorğunluğundan əlavə çoxlu zədəkilərimiz var. Bu gün risk etdik. Bəziləri yenidən zədələnə bilərdi. Oyunun mahiyyətini bilirdik. Bizə xal lazımdır. Aşağı pillələrdəki rəqiblər yaxınlaşır. Mübarizəli matç oldu. Belə oyunlarda peizodlar az oldu. Məncə, yaxşı 1 xal qazandıq. Çünki fərqi qoruya bildik. Fasilədə futbolçularımızın geri qayıtmasına çalışacağıq. Meydanda istədiyimiz oyunu görməyə başlayırıq. Qarşıdakı oyunlara baxacağıq.

– Fasilədə Şəhriyar Əliyevi əvəzləməyiniz zədəsi ilə bağlı idi?
– Şəhriyar 3 matçdır, ağrı ilə oynayır. Həmişə qoruyurduq. Bu gün onu daha uzun müddətli itirə bilərdik. Belə oyunda stopperi çıxarmaq böyük riskdir. Müayinədən sonra durumuna aydınlıq qələcək.

– “Qarabağ”la matçdan sonra “Kəpəz”lə görüşün ağır keçəcəyini demişdiz. Həmin çətinliyi gördüz?
– Son matçlarda “Kəpəz” xallar qazanır. Həm “Neftçi”, həm “Səbail”lə ev oyununda yaxşı çıxış ediblər. Çempionatda asan oyun yoxdur. Xal, qələbə üçün çox əziyyət çəkmək lazımdır. “Kəpəz”in çevriliş etmək istəyəcəyini bilirdik. Qalib gəlsəydilər, yaxınlaşırdılar.

– “Şamaxı”, “Qarabağ” və “Kəpəz”lə görüşlərdə xal hədəfiniz nə idi və nəyə nail ola bildiz?
– Konkret qarşımıza xal hədəfi qoya bilmirik. Bu, bir az çətindir. Gələcəkdə daha büdcəli olsaq, geniş heyətlə daha yaxşısına nail olmaq olar. 4 xal yığa biləcəyimizi fikirləşirdik. “Şamaxı” ilə matçda da 1 xal olsaydı, daha yaxşı olardı.

– Fasilədən sonra kubok oyunları olacaq. Bu turnirdə nə gözləyirsiz?
– Fasilə oyunçuların zədədən qayıtması üçün önəmli olacaq. İki cəbhədə oynamaq çətindir. “Şamaxı” ilə oyunda tam “Turan Tovuz”u görmək istəyirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43