Azərbaycan birinci divizionunun iki komandasına texniki məğlubiyyət verib.
İdmaxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, AFFA İntizam Komitəsi 14-cü turun görüşlərini araşdıraraq bu addımı atıb.
“Sumqayıt-2” – “Keşlə-2” matçında adı protokolda qeyd olunmayan futbolçu meydançaya çıxdığı üçün qonaqlara texniki məğlubiyyət verilib. Hesab olduğu kimi – 0:3 saxlanılıb.
“Kəpəz” – MOİK matçında adı protokolda qeyd olunmayan futbolçu meydançaya çıxdığı üçün meydan sahiblərinə texniki məğlubiyyət verilib. Hesab olduğu kimi – 0:3 saxlanılıb.