İyunun 4-də Astanada Qazaxıstanın, iyunun 8-də isə Bakıda Macarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək 21 yaşadək fubolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Rövlan Muradov və Budaq Nəsirov zədəli olduğu üçün heyətdən çıxarılıb.