Milli komanda

İki futbolçu millimizin düşərgəsini tərk etdi

“Neftçi”nin futbolçuları Ruslan Abışov və Namiq Ələsgərov millimizin düşərgəsindən ayrılıb.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, sözügedən oyunçular zədəli olduqları üçün DÇ-2018-in seçmə mərhələsində  Almaniya yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə təlim-məşq toplanışını tərk ediblər.

Qeyd edək ki, Azərbaycan – Almaniya görüşü martın 26-ı saat 20:00-da başlayacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43