Ölkə futbolu

İki futbolçumuz İspaniya klubunda

Müxtəlif yaş qruplarından ibarət qadın yığmalarının şərəfini qoruyan iki futbolçumuz İspaniya klubuna transfer olunub.

İdmanxeber.com-un məlumatına görə, U-19-un üzvü Şəfəq Nəsirova və U-21-in şərəfini qoruyan Maya Danqadze İspaniyanın “Deportivo Kanillas” klubuna keçib.  Bir sıra yoxlama görüşlərində və müxtəlif turnirlərdə çıxış edən futbolçular məşqçilər korpusunun rəğbətini qazanıb. Bu səbəbdən də hər iki futbolçunun yaxın günlərdə lisenziya almaqla   rəsmi oyunlarda da iştirakı nəzərdə tutulub.( AFFA)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43