Kateqoriyasız

İki gün sonra millimizə baş məşqçi təyin olunur

İyulun 10-da AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Idmanxeber.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, saat 15:00-da başlayacaq iclasın gündəliyinə daxil olan əsas məsələ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsidir. Gündəlikdə digər məsələlər də yer alıb.

Qeyd edək ki, hazırda əsas namizədlər əcnəbilərdən italiyalı Canni De Byazi, irlandiyalı Roy Kin və ötən ildən millimizdə məşqçi kimi çalışan azərbaycanlı mütəxəssis Arif Əsədovdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43