Bu gün Azərbaycanın son iki idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
İdmanxeber.az-ın məlumatına görə, sərbəst güləşçilər – Hacı Əliyev (65 kiloqram) və Maqomedxan Maqomedov (97 kiloqram) xalça üzərinə çıxacaqlar.
Üçqat dünya və dördqat Avropa çempionu olan H.Əliyev ilk görüşündə meksikalı Ostin Qomeslə üz-üzə gələcək. M.Maqomedov isə Dominikan Respublikasından Luis Miqel Peresi sınağa çəkəcək. Hər iki qarşılaşma 1/8 finala təsadüf edəcək.
Digər sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.