Azərbaycan birinci divizionun 8 və 9-cu turunda “Bakılı” klubunun oyunları təxirə salınıb.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Bakılı” klubu 25 oktyabr – 4 noyabr 2014-cü il tarixlərində komandanın 5 üzvünün Azərbaycan çimərlik futbolu üzrə millinin heyətində Dubay şəhərində təlim məşq toplanışında iştirak edəcəyi və bu səbəbdən də I divizionun “Bakılı” – “Şuşa” və “Mil-Muğan” – “Bakılı” matçlarını başqa tarixə keçirilməsi ilə Peşəkar Futbol Liqasına müraciət edib.
Bunu nəzərə alan Peşəkar Futbol Liqası aşağıdakı qərarları qəbul edib.
1. Birinci divizionun VIII turunun “Bakılı” – “Şuşa” matçı 26 oktyabr 2014-cü il tarixindən başqa tarixə keçirilib.
2. Birinci divizionun IX turunun “Mil-Muğan” – “Bakılı” matçı 31 oktyabr 2014-cü il tarixindən başqa
tarixə keçirilsin.