Kateqoriyasız

“İki oyunu Bakıda keçirməyimiz üstünlükdü” – Şekil Günəş

Türkiyə millisinin baş məşqçisi Şenol Güneş açıqlama verib.

“Haber Global”a danışan mütəxəssis AVRO-2020-nin qrup mərhələsində iki matçı Bakıda keçirmələrinin üstünlük olduğunu söyləyib:

“Çox maraqlı qrupda yer almışıq. Qrupdan çıxmaya da bilərik, finala qədər irəliləyə də. FIFA reytinqində İtaliya 7-ci sıradadı, İsveçrə və Uels də bizdən öndədi. İtalyanlar topa yüksək səviyyədə sahib olan komandadı. Böyük komandalara qarşı nələr bacardığımız ortaya çıxacaq. Uels və İsveçrə də güclü rəqiblərdi. İki oyunu Azərbaycanda keçirməyimiz üstünlükdü. Bu turnir bizim üçün əvvəlkilərdən fərqli olacaq. Əsas hədəfimiz dünya çempionatına vəsiqə qazanmaqdı”.

İlk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək Türkiyə yığması iyunun 16-da Uels, 20-də isə İsveçrə ilə Bakıda qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Keşlə” və “Səbail”dən qələbə

admin

“Qarabağ” səfərdə də dəstəksiz qalmayacaq

admin