27 Dekabr 2024
Ölkə futbolu

“İkinci dövrənin ən yaxşı komandasına qarşı oynadıq” – Ayxan Abbasov

Azərbaycan Premyer Liqasının XXIII turunun “Sumqayıt” – “Turan Tovuz” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az məlumat verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Belə stadionda oynamaq xoş oldu. Sumqayıt şəhər olaraq bunu haqq edirdi. Premyer Liqa klublarımızda belə stadionların olması xoşdur, fayda verəcək. İkinci dövrənin ən yaxşı komandasına qarşı oynadıq. Qol olmasa da, meydanda mübarizə var idi. İkinci hissədə daha çox şans yaradan komanda biz idik. Bir xal qazandıq. Olduğumuz mövqeni qorumağa çalışacağıq.

– Həmişə klubun böyüməsini deyirsiz. Bugünkü oyun da bunun bir parçası idi?
– Bizim futbola yaxşı meydançalar lazımdır. Görünüş önəmlidir, inkişaf istəyiriksə, bunlar olmalıdır. Elə stadionlar var ki, futbolçular bir-birilərinə deyir ki, kənardan get, yer balacadır. Biz də istəyirik ki, belə, yaxşı stadionlarımız olsun.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43