Premyer Liqa

İkinci dövrənin qalibi “Qəbələ” oldu

Premyer Liqada ikinci dövrə başa çatıb.

PFL-in rəsmi saytına istinadən verdiyimiz məlumata görə, 18-ci turdan sonra mövsümü yarılayan klublar qış fasiləsinə yollanıb.

10-18-ci turları əhatə edən 2-ci dövrənin ən yaxşı komandası isə “Qəbələ” olub. Yuri Syominin yetirmələri son 9 turda 19 xal qazanıb.

Əyalət təmsilçisi “Qarabağ”ı 1, “İnter”i 2 xal qabaqlayıb. “Neftçi” isə dövrənin 4-cüsü olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43