Bu gecə Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, turnirin sürpriz komandası “Ayaks” ilk oyunda səfərdə məğlub etdiyi “Tottenhem”i qonaq edib.
İlk yarını 2-0 qalib qapayan amsterdamlılar bu üstünlüyü ikinci hissədə əldən verib. 3 qol vuran ingilislər finala vəsiqə əldə edən tərəf olub.
Qeyd edək ki, “Tottenhem” finalda “Liverpul” ilə üz-üzə gələcək. Final matçı iyunun 1-də Madriddəki “Vanda Metropolitano” stadionunda keçiriləcək.
8 may
Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
23:00. “Ayaks” (Hollandiya) – “Tottenhem” (İngiltərə) – 2:3
Qollar: De Liqt, 5 (1:0), Zieş, 35 (2:0), L.Moura, 55, (2:1), 59 (2:2), 90+6 (2:3)
İlk oyun – 1:0