“Bu nəticə bizi üzür. İkici qoldan sonra oyunu buraxdıq. Hesab 1:0 olanda ümid var idi. Qolu çox gec vurduq. Bir mpvqedən iki oyunçu itirmək çox pisdi”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Qəbələ” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:
“İkinci qol komandanı sındırdı. Qəbələdə oynamaq çox çətindir. Bu gün biz də bunu hiss etdik. Rəqibin ilk qolunda şübhələr var. Ona sonra baxacağıq”.