22 Dekabr 2024
Kateqoriyasız

İlham Əliyevdən Milli Olimpiya Komitəsi ilə bağlı sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi ilə birlikdə Milli Olimpiya Komitəsinin 30 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin, bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2022-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 ili tamam olur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43