20 Fevral 2025
İdman

İlham Əliyev yenidən MOK-un prezidenti seçildi

Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib.

İdmanxeber.az xəbər verir ki, MOK-un IX Hesabat-seçki baş məclisində dövlətimizin başçısı yekdilliklə növbəti 4 il müddətinə qurumun rəhbəri seçilib.

Baş məclisdə, həmçinin İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvlüyünə də seçkilər keçirilib.Prezident İlham Əliyev, eyni zamanda, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43