16 Sentyabr 2024
İdman

Paralimpiada: İlham Zəkiyev bürünc medal qazandı

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası, +90 kq) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

İkiqat Paralimpiya çempionu üçüncü yer uğrunda görüşdə Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gəlib. Zəkiyev rəqibini vazari xalı ilə məğlub edərək bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Xatırladaq ki, bunadək həmçinin paraatlet Lamiyə Vəliyeva qızıl və gümüş, parataekvandoçu İmadəddin Xəlilov, paraatlet Orxan Aslanov və Səid Nəcəfzadə qızıl medal, parataekvondoçu Sabir Zeynalov, paraüzgüçümüz Raman Saley və Vəli İsrafilov isə bürünc medal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43