05 Fevral 2025
Kateqoriyasız

İlin oyunçusu bəlli oldu: Kriştiano Ronaldo!

FİFA geridə qalan 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə,  İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə ilin ən yaxşısı adına Kriştiano Ronaldo layiq görülüb. 2014-cü ildə “kral” klubu ilə Çempionlar Liqasının qalibi olan Ronaldo 2013-cü ildə də “Qızıl top”un sahibi olmuşdu.

Qeyd edək ki, namizədlər arasında Lionel Messi və Manuel Noyer də olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43