30 Oktyabr 2024
Kateqoriyasız

İlk “beşlik”ə Cavadov başçılıq edir

“İnter”in futbolçularının Topaz Premyer Liqasının VII turunun “Bakı” ilə görüşündəki fiziki fəallığı məlum olub. “İnStat Football” şirkəti oyunçular matç ərzində qət etdiyi məsafəni də hesablayıb.

“İnter”in meydanda olan üzvləri ümumilikdə 112,4 kilometr məsafə qət ediblər. Ən çox qaçan isə komandanın kapitanı Vaqif Cavadov olub. Azərbaycan milli komandasının oyunçusu ən yaxın izləyiciləri İlqar Ələkbərovla İvan Benitesi arxada qoyub.

1. Vaqif Cavadov – 11128 m

2. İlqar Ələkbərov – 11122 m

3. İvan Benites – 10778 m

4. Laşa Salukvadze – 10451 m

5. Arif Daşdəmirov – 10426 m

 inter.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43