Azərabaycan millisinin “Avro-2020″nin seçmə mərhələsindəki rəqibi Xorvatiya millisinə yeni futbolçu çağırılıb.
Zaqreb “Dinamo”sunun hücumçusu Bruno Petkoviç ilk dəfə yığmaya dəvət edilib. Komandanın baş məşqçisi Zlatko Daliç cümə günü Marko Pyaçanın zədələnməsindən sonra 24 yaşlı oyunçunu milliyə çağırıb.
Gənc oyunçu yerli mətbuata verdiyi açıqlamada yığmaya dəvət aldığı üçün çox xoşbəxt olduğunu və Xorvatiya millisi üçün əlindən gələni edəcəyini bildirib.
Qeyd edək ki, Xorvatiya millimizlə martın 21-də, Macarıstanla isə 3 gün sonra qarşılaşacaq.