22 Oktyabr 2024
Kateqoriyasız

“İlk dəqiqələrdən matça aqressiv başlamamışdıq” – Laurentsiu Regekampf

“Neftçi” səfərdə “Sumqayıt”la 2:2 hesablı heç-heçə edib.

İdmanxeber.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:

– Biz tərəfdən yaxşı oyun olmadı. Çox boş oynayırdıq. İlk dəqiqələrdən matça aqressiv başlamamışdıq. Öz şanslarımızdan istifadə edib üstünlük yarada bilmədik. Oyunçularımızın səviyyəsinə görə çox asan qollar buraxdıq. Belə şeylər baş verməli deyil.

– Bu vaxta qədər cəmi iki qol vuran “Sumqayıt” “Neftçi”nin qapısından 2 top keçirdi. Müdafiədəki boşluqların səbəbi nədir?

– Problemin təkcə müdafiədə olduğunu deməzdim. Bütün komandanın səhvlərinə görə qollar buraxdıq. Bayaq da dediyim kimi aqressiv oynamadıq. Topa lazım olduğu kimi saxlamırdıq, sürətli oynamırdıq. Ona görə də rəqib 2-3 qol şansı yaratdı. Söhbət təkcə müdafiəçilərdən getmir, komanda şəklində yaxşı müdafiə olunmadıq.

– Rəqib baş məşqçi ilə aranızda insident yaşandı. Nə baş vermişdi?

– Şərh vermək istəmirəm. Bu, iki məşqçi arasında olan söhbətdir.

– Aqil Məmmədovun heyətdə olmamağının səbəbi nədir?

– Xəstədir.

– Bu gün “Neftçi”nin heyətində gənc qapıçı debüt etdi. Rəqib liderlərdən biri olsaydı da, Rza Cəfərova şans verəcəkdiz?

– Bir neçə yerli oyunçumuzu itirmişik. Son oyunda Azər Əliyevlə bağlı etdiyimiz riski təkrarlamaq istəmirdik. Rəhman Hacıyev cəmi 2-3 gün komanda ilə məşq edib.Ona görə də risk edib ilk dəqiqələrdən onu oyuna buraxmadım. Bizim üçün ən yaxşı seçimi etməli idik. Hazırda bununla bağlı problemlərimiz var. Çalışırıq ki, problemlərlə mübarizə aparaq. Amma bu gün belə oynamağımızın səbəbi bu deyil. Mənə elə gəlir ki, Rza yaxşı oyun nümayiş etdirdi. İlk qolda bəxtsizlik oldu, ikinci qolda heç nə edə bilməzdi. Ümumi olaraq oyunu inam verirdi. Belə davam etsə, yaxşı qapıçı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43