“Qəbələ” oyunu nəzarətə götürmüşdü. Bizim də müdafiə və yarımmüdafiə xəttində səhvlərimiz var idi. Komanda olaraq yaxşı deyildik. Nəticə qazanmaq üçün daha yaxşısını etməliyik”.
Bu sözləri İdmanxeber.az saytına “Araz Naxçıvan”ın futbolçusu İsmail Azzaui “Qəbələ” məğlubiyyəti (0:2) barədə danışarkən deyib. O, ilk dövrə ilə müqayisədə komandadakı enişin səbəblərini belə izah edib:
“İlk dövrədə oyunlarımız əla alınırdı. Çünki rəqiblər bizi yaxşı tanımırdı. Bu səbəbdən də rahat oynayırdıq. Zaman keçdikcə bizi analiz etdilər. Bundan sonra işimiz çətinləşdi”.
Mövsüm sonu Naxçıvan təmsilçisi ilə müqaviləsi bitəcək belçikalı yarımmüdafiəçi klubdakı gələcəyi ilə bağlı bunları deyib:
“Bu barədə dəqiq nəsə demək olmur. İndi qarşıdakı “Qarabağ” görüşünü düşünürük. Mövsüm bitəndən sonra gələcəyim barədə danışa bilərik”.
Həsən Quluzadə