06 Oktyabr 2022
Kateqoriyasız

“İlk hissədə Azərbaycandan çəkinirdik”

“Evdə məğlub olmaq böyük biabırçılıqdır. İlk hissədə rəqibdən çəkinirdik. Qonaqlar isə əvəzində topla daha yaxşı davranırdılar”.

İdmanxeber.az-ın məlumatına görə, bunları Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona evdə Azərbaycana 1:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan sonra mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis fasilədən sonra oyunlarını yaxşılaşdırdıqlarını bildirib: “Daha çox qol şansımız oldu. Sadəcə, dəyərləndirə bilmədik. Amma ikinci hissədə sərgildiyimiz gələcəyə nikbin baxmağa ümid verir”.

İtaliyalı baş məşqçinin sözlərinə görə, bu məğlubiyyət komandası üçün dərs olub: “Öyrəndik ki, oyun 95 dəqiqədən artıq davam edə bilər və sonadək diqqətli olmalıyıq. Futbolçuları yeni-yeni tanıyıram və onların hazırlığını görürəm. Oyunçular ikinci hissədə öz keyfiyyətlərini göstərdilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Premyer Liqamızda ilin son turunun hakimləri açıqlandı

admin

“Cütün favoriti yenə bizik” – Donald Gerye

admin

“Belə şeylər bizi qorxutmur” – Füzuli Məmmədov

admin