18 Noyabr 2024
Ölkə futbolu

“İlk hissədə nə baş verdiyini anlaya bilmədik” – “Bayer”in kapitanı

“Bayer”in müdafiəçisi Conatan Ta “Qarabağ” oyunu sonrası açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, komandanın kapitanı hesabda geri düşmələrinə baxmayaraq, ruhdan düşmədiklərini vurğulayıb:

“İlk hissədə nə baş verdiyini anlaya bilmədik. Belə vəziyyətlə birinci dəfə idi qarşılaşırdıq. Oyuna necə başlamağımız rekordlardan daha vacibdir. İki qol buraxdıqdan sonra özümüzü həm məyus, həm də qəribə hiss etdik. Amma sınmadıq.

“Qarabağ”ın gücündən xəbərdar idik. Onları ilk hissədə dayandıra bilmədik. İkinci hissədə isə meydanda üstün tərəf biz idik və oyuna diqtə etməyi bacardıq”.

Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43