Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandası çətin sınaq qarşısındadır. Berti Foqtsun rəhbərlik etdiyi komanda oktyabrın 10-da dünyanın ən titullu yığmalarından birinə – İtaliya millisinə qarşı oynayacaq. Sözsüz, İtaliya həm meydan amili, həm heyət, həm də komandaların reytinqi baxımından İtaliya millimizi çox üstələyir. Amma buna baxmayaraq, Azərbaycan milli komandası italyanlar, eləcə də bu ölkənin mətbuatı üçün maraqlıdır. Təsadüfi deyil ki, “tuttomercatoweb.com” saytının əməkdaşı olan Canluko Losko oyundan öncə azərbaycanlı FİFA meneceri Vaqif Heydərli ilə əlaqə saxlayıb. Heydərli İtaliya mətbuatına verdiyi müsahibəsində oyunla bağlı məqamlara və digər məsələlərə toxunub.
– Bizim üçün maraqlı bir oyun olacaq. Nəticədə dünyanın ən yaxşı milli komandalarından birinə qarşı oynayacağıq. Əlbəttə ki, səfərdə belə güclü rəqibə qarşı mübarizə aparmaq komandamıza çox çətindi. Amma millimiz İtaliyaya vaxt itirmək, səyahət etmək üçün getməyib. Evə yaxşı nəticəylə dönmək istəyirik. Futbolçularımız Palermoda nəticə qazanmaq üçün bütün gücünü ortaya qoyacaq. İlk hissədə qol buraxmasaq, əminəm ki, xal qazanmaq imkanımız daha real olacaq.
– Hansı futbolçumuzdan xüsusilə ehtiyatlanırsız?
– Mən bir daha deyim ki, fərdi olaraq kimdənsə qorxmuruq. İtaliyanın gücü onun kollektiv oynundadı. Biz bunu yaxşı bilirik.
– Sizin komandanın lideri kimdi?
– 14 nömrəmiz. Kapitanımız Rəşad Sadıqovdu. Mən meydana çıxacaq 11 nəfəri bir-birindən ayırmaq istəməzdim. «Neftçi»nin gənc oyunçusu Araz Abdullayev istedadlı və potensiallıdı, amma baş məşqçinin ona ilk 11-likdə şans verəcəyini düşünmürəm. Bundan başqa, Rauf Əliyev, Rahid Əmirquliyev və Qara Qarayev kimi digər yaxşı oyunçularımız var
– Futbol Azərbaycanda nəyin hesabına fəaliyyət göstərir?
– Bizim futbol neft şirkətləri və sponsorların sayəsində yaşayır.