“Hər bir halda futbolçuları bu oyuna fiziki hazırlamaq lazımdır. Çünki “Gent”ə qarşı çox güc sərf etməliyik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Gent” oyunu öncəsi hava limanında yerli kanallara açıqlaması zamanı deyib. Təcrübəli mütəxəssis ilk görüşdəki nəticəyə də toxunub:
“Rəqibin fiziki durumu çox yaxşıdır. Bu səbəbdən də bəzi futbolçularımıza istirahət verdik. Bilirsiniz ki, Marko Yankoviç zədə səbəbindən olmayacaq. Bu, məni narahat edir. İlk oyunda daha yaxşı nəticə qazanmağı istərdim. Ancaq elə görüşlərimiz olub ki, 120 dəqiqə də oynamışıq. Oyunun gedişatına görə bəzi addımları atacağıq”.
“Gent” – “Qarabağ” matçı sabah saat 00:00-da start götürəcək. Ağdam təmsilçisi ilk oyunda rəqibini 1:0 hesabı ilə məğlub edib.