Dünya futbolu

İlk qolunu Çempionlar Liqasında vurdu

“Mançester Yunayted” – PSJ matçı qonaqların futbolçusu Presnel Kimpembe üçün əlamətdar olub. 

53-cü dəqiqədə hesabı açan fransalı müdafiəçi peşəkar futbolçu karyerasında ilk qolunu vurub. Paris klubunun yetirməsi olan 23 yaşlı müdafiəçi 96 oyunda qol vura bilməmişdi.

“Mançester Yunayted” – PSJ oyunu Fransa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43