19 Sentyabr 2024
Dünya futbolu

İlkay Gündoğana Qətərdən təklif var

“Barselona”nın futbolçusu İlkay Gündoğan karyerasını Qətərdə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi sözügedən ölkənin “Əl-Sədd” klubunun maraq dairəsindədi. Tərəflər arasında artıq danışıqlar start götürüb.

Klubdan İlkaya üç illik müqavilə təklif olunub. 

“Barselona” ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədər olan İlkayın “Əl-Sədd”ə keçib-keçməyəcəyi yaxın günlərdə dəqiqləşəcək. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43