09 Fevral 2023
Dünya futbolu

İlkay Gündoğanın yeni klubu bəlli oldu

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan karyerasını İspaniyada davam etdirəcək.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, “Barselona” futbolçunu rənglərinə bağlayıb. İlkayın mövsüm sonu Kataloniya klubuna keçəcəyi bildirilir.

Müqaviləsi yayda bitəcək oyunçu 2016-cı ildə 27 milyon avro qarşılığında  “Borussiya” dan “şəhərlilər”ə transfer olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43