27 Fevral 2024
Müsahibə

İlkin Qırtımovun atası idmanxeber.com-a danışdı: “O, bir qapazla futbolçu oldu” – MÜSAHİBƏ

“Simurq”un aparıcı futbolçularından olan İlkin Qırtımovun atası, vxtı ikən “Daşqın” klubunda da çıxış etmiş İlham Qırtmov oğlununun çıxışı və digər məsələlərlə bağlı fikirərini idmanxeber.com-a danışıb.

Oyundan oyuna hiss olunur ki, İlkinin oyununda irəliləyiş var. O özünü klubda sübut edib, qalıb millidə. İnanıram ona.

– İlkinin potensialını necə görürsüz?

İlkin beynəlxalq oyunlar oynadıqca artıracaq. Milli komandanın ABŞ-la oyununa da çağırılıb. Bu cür oyunlarda şans verilsə o, özünü isbatlayacaq. Mən onu gələcəkdə bundan da perespektivli futbolçu kimi görürəm.

– Çıxış etdiyi klub avrokuboklara qatıla bilmir. Bu onun “artırması” üçün maneələrdən biri deyilmi?

Hər bir futbolçu daha iddialı komandada çıxış etmək istəyir. Ancaq bugünkü gündə İlkini çox iddialı komanda istədi. Ancaq gedib orada ehtiyatda oturmaqdansa, elə öz doğma komandasında əsas heyətdə meydana çıxıb, oynayır. Ümumiyyətlə bizim komandaların arasında cəmi 10% fərq var. Yəni, birinci yerdə gedən komanda ilə axırıncı yerdə qərarlaşan komandaların arasında futbol çərçivəsi baxımından 10% fərq var. Böyükağa Hacıyevin bir sözü var, ikinci yer tutdun və ya axırıncı yer tutdun, eyni şeydi.

– İlkin ərköyün futbolçudu. Cari Mövsümdə qırmızı vərəqələr almaqla, komandasını pis vəziyyətdə qoyduğu oyunlar da az olmayıb. Belə matçlardan sonra ona iradınızı bildirirsizmi?

İraımı bildirirəm. Ancaq futbolda gözəgörünməyən qüvvələr var… Ona görə özünə bəzən hakim ola bilmirsən. Futbolda belə aqressiv olmağına baxmayaraq, həyatda çox sakit birisidi. Bunu xasiyyəti budu. Futboldan kənara çıxdı, tam başqa birisidi.

– Heç olubmu ki, futbola bağlı aranızda mübahisə yaranıb? Misal üçün, dedikləriniz üst-üstə düşməyib…

Mən özüm də “Daşqın” komandasında futbol oynamışam. Mən ona nəisə başa salanda, o, bunu anlayır. Bilir ki, mən vaxtı ikən bu şeyləri görmüşəm. Futbolda olan birisi kimi ona nə irad bildirirəmsə, İlkin bunları qəbul edir.

– Foqts millinin heyətini açıqladı. Qırtımov da ABŞ-a aparılacaq bu siyahı da var. Mahir Şükürovla eyni mövqedə oynaması, onu əsas heyətdə möhkəmlənə bilməməsinə gətirib çıxarır. Siz nə düşünürsüz?

Mahir Şükürov bugünkü gün üçün həqiqətən güclü futbolçulardan biridi. Azərbaycanda həm klub, həm də milli komanda üçün mənim üçün dəyərli futbolçu olub. İlkin o mövqedə sözünü demək istəyirsə özünü göstərməlidi. Görək nə olur. Bunu zaman göstərəcək.

– İlkin futbola başladıqdan bu yana nə kimi maraqlı hadisələrlə üz-üzə gəlib?

İlkin “Roil” klubunda oynayırdı. Onun müəllimi Rəhman olub. Bir dəfə yoxlama görüşündə Lökbatan klubu ilə oyunda İlkini sınamaq üçün meydana sonradan buraxdı. Elə oldu ki, hesab 0:0 qurtardı və Rəhman müəllim matçdan sonra futbolçulara “qapaz” vura-vura getdi. Ancaq hələ İlkini tanımırdı, mənimləysə tanış idi. Matçdan sonra Rəhman müəllim mənə yaxınlaşdı ki, bəs ərkyana qapaz vurdum. İndi harda İlkini görəndə deyir ki, mən sənə o “qapaz”ı vurmasaydım, sən indi belə bir futbolçu ola bilməzdin. Onun “şotuna” futbolçu oldun.

– İlkinin ilk maaşı nə qədər olub?

100 dollar olub. Ancaq əsas komandanın heyətində Hacıyevskinin dönəmində 400 dollar aya qazanırdı. Sonra elədilər 800, 1000… Ancaq mən ona hər zaman demişəm ki, sən pulu fikirləşmə. Əgər pulu fikirləşsən, qabağa gedə bilməyəcəksən . Bizim onun puluna ehtiyacımız yoxdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43