Kateqoriyasız

“”İlklər heç vaxt unudulmur” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının II turunda “Səbail”ə qarşı səfər oyununu şərh edib.

İdmanxeber.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra “CBC Sport”a açıqlamasında bunları deyib:

“İlklər heç vaxt unudulmur. 9 il sonra Tovuz komandası Premyer Liqada yarışır. İlk qələbəmizi qazandıq. Azarkeşləri təbrik edirəm. Bu gün möhtəşəm idilər. Klub rəhbərliyini, bütün tovuzluları təbrik edirəm. Yeni komandayıq, oyundan oyuna inkişaf edəcəyik. Futbolçuların potensialına inanırıq. Bu gün hər bir nəticə qeydə alına bilərdi. Səbirli olmalıyıq. Xallarımızı qazanıb, yuxarı pillələrdə olmaq istəyirik”.

Abbasov Natan Oduvanın qol hesabını açması barədə fikirlərini bildirib:

“Natanı “Şamaxı”da izləmişdik. Çatışmayan cəhəti qol vurmaması idi. Ona inanır və poteisnalını bilirik. Özünə güvənməsini istəyirik. Bu gün ən yaxşılardan idi. Amma digərlərini də unutmaq lazım deyil. “Səbail” də ev oyununda qalib gəlmək istəyirdi. Bütün futbolçularımdan razı qaldım”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43