“Mən nə siqaret çəkirəm, nə də qəlyan. Əsasları olmadan, paylaşdığım şəkildə siqaret çəkdiyimi iddia edirlər”. Bu sözləri Sportlife.az-a açıqlamasında “İnter”in və Azərbaycan milli komandasının (U-21) futbolçusu İlqar Ələkbərov deyib. O, öz profilində həmin şəklin kəsilmiş versiyasını paylaşdığını və həmin şəklin orginalında hər şeyin açıq-aydın göründüyünü bildirib:
“Bu şəkil şəhərdəki çay evlərindən birində çəkilib. Əmimoğlu və bir neçə dostumla çay içməyə getmişdik. Qəlyanı əmim oğlu çəkirdi və tüstüsü mən tərəfə düşüb. Şəkili kəsdiyim üçün belə alınıb. Şəkildə hər şey aydın şəkildə görünür. Sadəcə bu xəbəri yazana sözüm odur ki, xəbər yazanda maraqlanıb xəbər yazın, yalan yerə babal yumayın, günah yiyəsi olmayın”.
Sonda futbolçunun bizə təqdim etdiyi həmin şəkili sizlərə təqdim edirik. Baxın özünüz bir nəticə çıxarın.