Ötən gün “Neftçi” ilə görüşdə məhsuldar heç-heçə edərək (2:2) 1 xalı aktivinə yazdıran “Kəpəz” üzvlərinin bu xarakteri mükafatsız qalmayacaq.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubunun rəhbərliyi futbolçuların bu əziyyətini mükafatlandırmaq qərarına gəlib. Klubun İdarə Heyətinin sədri İlqar Nadiri “Neftçi” ilə prinsipial matçda göstərdiyi xarakterə görə futbolçuları öncə təbrik edib, daha sonra “premya” vədi verib. “Kəpəz”in hər bir üzvü “Neftçi” ilə matçda qazanılan 1 xala qarşılıq minimum 600 manat mükafat alacaq.
Qeyd edək ki, ilk hissəsi qolsuz başa çatan “Neftçi” – “Kəpəz” oyununun ikinci yarısında qapılara 4 qol vurulub. Bu heç-heçədən sonra “Kəpəz” xallarının sayını 22-yə çatdırıb və sonuncu pillədəki “Səbail”dən 4 xal öndədi.