15 Avqust 2022
Kateqoriyasız

İlqar Qurbanov “Sumqayıt”da – rəsmi

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt”  daha bir futbolçu transfer edib.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, son mövsümü “Qəbələ”də keçirən İlqar Qurbanovla 1 illik müqavilə imzalanıb. O, “Sumqayıt”da “50” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Türkiyənin “Fənərbaxça” klubunun yetirməsi olan İlqar Qurbanov peşəkar karyerası ərzində “Qəbələ” ilə yanaşı (29 oyun) “Xəzər Lənkəran” (56 oyun, 6 qol), “Sivasspor” (11 oyun, 1 qol), “Boluspor” (19 oyun, 3 qol), “Olimpik Şüvəlan” (23 oyun, 2 qol), “Mersin İdman Yurdu” (7 oyun) və “Qarabağ”ın (109 oyun, 4 qol) uğurları üçün çalışıb. 2006-cı ildən Azərbaycan millisinin şərəfini qoruyan İlqar yığmanın heyətində 16 qarşılaşmada meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Saman Nərimancahan: “Azərbaycan millisində oynamağım mümkündür”

admin

“UEFA-nın qərarı mənə çatmadı” – Qurban Qurbanov

admin

“Sabah” “Qəbələ” ilə üz-üzə

admin